Ölkə futbolu

“Qarabağ” xal itirdi, “Qəbələ” uddu – YENİLƏNİB

Bu gün Topaz Premyer Liqada 12-ci tura start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, lk oyun günündə iki görüş keçiriləcək. Günün ilk oyununda  “Keşlə” öz meydanında “Qəbələ”ni qəbul edib. Matç qonaqların 1:2 hesablı qələbəsi ilə sona çatıb.

Günün digər oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda olub. “Qarabağ” debütant “Sabah”la heç-heçə edib – 1:1.

Qeyd edək ki, turun digər iki görüşü sabaha nəzərdə tutulub.

24 noyabr (şənbə)

16:30. “Keşlə” – “Qəbələ” 1:2

Qollar: C. Adeniyi, 17 (0:1), V. Stankoviç, 20 (0:2), A.Yunanov, 38 (1:2)

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu
“ASK Arena”

19:00. “Qarabağ” – “Sabah” 1:1

QOL: Elgün Nəbiyev, 44 (0:1), Yakub Jezniçak, 45 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43