Ölkə futbolu

Qəbələdə “sülh”, “Sumqayıt”dan qələbə – YENİLƏNİB

Topaz Premyer Liqasının VI turunun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun günün ilk görüşü Qəbələ Şəhər Stadionunda keçirilib. Son iki turda məğlub olan “Qəbələ” komandası çempionatda qələbə üzünə həsrət qalan “Keşlə”ni qəbul edib. Qarşılaşmada hesabı qonaqlar açıb. Matçın 5-ci dəqiqəsində Amil Yunanov cari mövsümdəki ilk qolunu vuraraq komandasını hesabda önə çıxardıb. İkinci hissənin 75-ci dəqiqəsində isə “Qəbələ”nin futbolçusu Monroz cavab qolunu vuraraq oyunun nəticəsini elan edib 1:1.

Turun sonuncu oyununda isə “Sumqayıt” “Zirə”ni qəbul edib. Ev sahibi komanda qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.

30 sentyabr

18:00.“Qəbələ” – “Keşlə”. 1:1

QOL: Amil Yunanov, 5 (0:1), Stiven Monroz, 75 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov
Qəbələ şəhər stadionu

20:00.“Sumqayıt” – “Zirə” 1:0

QOL: Atilla Yıldırım, 16
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev
“Bayıl Arena


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43