Ölkə futbolu

“Qəbələ” klubunda yeni baş məşqçi təyinatı

“Qəbələ” Futbol Akademiyasının məşqçisi Famil Xəlilov Azərbaycan milli komandasına təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görə,“Qəbələ” Futbol Akademiyasının məşqçisi Famil Xəlilov Azərbaycan milli komandasına təyinat alıb. 35 yaşlı mütəxəssis 15 yaşadək futbolçulardan ibarət yığmaya rəhbərlik edəcək. Belə ki, bu komandanın baş məşqçisi vəzifəsi Xəlilova həvalə olunub.

2017/18 mövsümündə onun baş məşqçisi olduğu “Qəbələ”nin U-19 komandası AFFA-nın Gənclər Liqasının qalibi olub və UEFA Gənclər Liqasına vəsiqə qazanıb. Xəlilovu U-19-un çalışdırıcı vəzifəsində ötən mövsüm əvəzedici komandanın baş məşqçisi olan Emin İmaməliyev əvəzləyib.

“Qəbələ” İdman Klubu Famil Xəlilova akademiyadakı fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43