Kateqoriyasız

“Qəbələ” “Monako” və “Benfika” ilə qarşılaşacaq

“Qəbələ”nin daha bir aşağı yaş qrupu üzrə komandası ölkə xaricinə yollanacaq.

İdmanxeber. az-ın məlumatına görə, U-17 komandası Fransada turnirə qatılacaq.

Belə ki, 10-12 mayda adıçəkilən ölkədə “Snaf Mondial Cup” beynəlxalq turniri baş tutacaq. “Qırmızı qaralar” həmin yarışa hazırlaşır.

“Qəbələnin A qrupundakı rəqibləri yerli “Monako” və “Anje”, eləcə də Portuqaliyadan “Benfika” olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43