Kateqoriyasız

“Qəbələ” – “Neftçi” matçında təhqirin cəzası – ümumilikdə 8000

İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXIV turunda baş verən hadisələrə hüquqi qiymət verib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən qərarları təqdim edir:

Premyer Liqanın XXVI turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1);


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43