Ölkə futbolu

“Qəbələ” oyunu öncəsi “Neftçi”də 3 zədəli oyunçu var

“Neftçi” hazırlıqlarını davam etdirir.

İdmanxeber.az klubun rəsmi saytına istinadən bildirir ki,  “Neftçi” PFK Topaz Premyer Liqasının 2-ci turunda qarşılaşacağı “Qəbələ” klubu ilə oyunun hazırlığını davam etdirir. Hazırlıq prosesində zədəli Ruslan Abışov, Rəşad Eyubov və Soni Mustivardan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Xatırladaq ki, avqustun 19-da “Dalğa Arena”da keçirəcək “Neftçi” – “Qəbələ” oyunu saat 18:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43