Kateqoriyasız

“Qəbələ” paytaxt klubunu məğlub etdi

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.

“Qırmızı-qaralar” Bakıda təşkil olunan hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında “Səbail”lə keçirilən görüş “Qəbələ”nin qələbəsi ilə başa çatıb – 1:0. Qarşılaşmadakı yeganə qola Nikolas Raysel imza atıb. O, 75-ci dəqiqədə penaltidən fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43