Kateqoriyasız

“Qəbələ” Rusiya klubunu məğlub etdi

Türkiyədə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Yanvarın 14-də keçirilən ilk sınaq matçında Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) bu dəfə Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb. Oyun “Titanik” meydançalarında keçirilib. Qarşılaşmada “Qəbələ” 3:0 hesabı ilə qələbə qazanıb.

“Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.

19:00. “Qəbələ” – “Çayka” (Rusiya) – 3:0

Qollar: İvitsa Juniç, 6, Rövlan Muradov, 35, Ülvi İsgəndərov, 51

Antalya, “Titanik” meydançaları


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43