Premyer Liqa

“Neftçi” ilə “Səbail”dən ev qələbəsi

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

İkinci oyun günündə iki matç baş tutub. Əvvəlcə turnir cədvəlinin son iki sırasında qərarlaşan “Qəbələ” və “Səbail” ikincilərin meydanında münasibətlərinə aydınlıq gətirib. Matç paytaxt klubunun qələbəsiylə başa çatıb – 3:1.

Turun bağlanış matçında isə 2-ci yerin sahibi “Neftçi” ən yaxın izləyicisi “Keşlə”ni qəbul edib. “Ağ-qaralar” rəqibini əliboş yola salıb – 3:1.

Azərbaycan Premyer Liqası
XVII tur

16 fevral (bazar)

16:30. “Səbail” – “Qəbələ” 3:1
Qollar: Mirsahib Abbasov, 56, Rauf Əliyev, 70, Ekşteyn, 81 (pen.) – Nikolas Raysel, 16

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASCO Arena”

19:00. “Neftçi” – “Keşlə” – 3:1
Qollar: 
Baqali Dabo, 11, Mamadu Mboc,17, Stiven Monroz, 58 – Meza Kolli, 53 (pen.)

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43