Ölkə futbolu

“Qəbələ” və “Qarabağ” qələbə qazandı – YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edib. Qarşılaşma “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyununda “Qarabağ” Azərbaycan kubokunun sonuncu qalibi “Keşlə”ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə sona çatıb.

Azərbaycan kuboku
1/4 final mərhələsi, ilk oyunlar

16 dekabr (bazar)

14:00. “Qəbələ” – “Sabah” 1:0

Qol: Filip İvanoviç (ö.q), 45

19:00. “Qarabağ” – “Keşlə”. 1:0

Qol: Rahil Məmmədov, 66
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43