Dünya futbolu

“Qəbələ” “Şerif”lə qarşılaşacaq

UEFA Gənclər Liqası turnirinin püşkatma mərasimi olub.

İdmanxeber.az-ın məlumatına görə, Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında UEFA Gənclər Liqası turnirinin 2018/2019-cu il mövsümünün püşkatması keçirilib.

Püşkə əsasən, turnirdəki təmsilçimiz “Qəbələ” Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyun oktyabrın 3-də Qəbələdə, cavab qarşılaşması isə oktyabrın 24-də Tiraspol şəhərində keçiriləcək. “Qəbələ” bu mərhələni adlayacağı halda, “Herta” (Almaniya) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43