Ölkə futbolu

“Qəbələ” məğlubiyyətlə başladı – Yenilənib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu davam edir.

İdmanxeber.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib. “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Sumqayıt”ın heyətində yeni transfer Mehdi Şərifi dubl edib.

Bu, “Sumqayıt”ın Qəbələ səfərində ilk qələbəsi olub.

Qeyd edək ki, turun digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək.

17 avqust

Azərbaycan Premyer Liqası, I tur

19:00. “Qəbələ” – “Sumqayıt” – 0:2
Qollar:
 Mehdi Şərifi, 13, 29
Qırmızı vərəqə: Asif Məmmədov, 84-iki sarı vərəqə (“Qəbələ”)
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43