Kateqoriyasız

“Qəbələ” “Sumqayıt”la qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranmış fasilə ərəfəsində “Sumqayıt” və “Qəbələ” klubları arasında yoxlama oyunu keçiriləcək.

Idmanxeber.az “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma sabah Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılacaq. Görüş saat 16:30–da start götürəcək.

Qeyd edək ki, komandaların Azərbaycan Premyer Liqasının sonuncu turunda görüşü keçirilib və qollu bərabərliklə başa çatıb – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43