Ölkə futbolu

“Qəbələ” “Sumqayıt”la qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyunu keçirəcək.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ayxan Abbasovun komandası “Qəbələ” ilə qarşılaşacaq.

Martın 25-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 16:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43