Kateqoriyasız

“Qəbələ” təcili yardım işçisinə görə cəzalandırıldı – AFFA İntizam Komitəsinin qərarları

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turu ilə bağlı qərarlar verilib.

“Neftçi” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Keşlə” oyununda qonaq komandanın 3 nömrəli futbolçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Zirə” oyununda təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

“Qəbələ” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub

“Zirə” klubunun futbolçusu Hacıağa Hacılı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43