Ölkə futbolu

“Qarabağ” 10-cu çempionluğunu qazandı

Misli Premyer Liqasında XXXIV turun daha iki oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Matş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticənin ardından “qırmızı-qaralar” 48 xalla 4-cü, Tovuz klubu isə 38 xalla 6-cı pillədə qərarlaşıb.

Günün son oyununda “Qarabağ” “ASCO Arena”da “Səbail”in qonağı olub. Ağdam təmsilçisi görüşdən 3:0 hesablı qələbə ilə ayrılaraq vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.

“Köhlən atlar” bununla da 10-cu ölkə çempionluğunu əldə edib.

Elitada qalmaq uğrunda mübarizə aparan “dənizçilər” isə 25 xalla 9-cu sırada yer alıb.

Azərbaycan Premyer Liqası
XXXIV tur
13 may (şənbə)

18:00. “Qəbələ” – “Turan Tovuz” 1:2

Qırmızı: Urfan Abbasov ,56 (Qəbələ)
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu.

20:30. “Səbail” – “Qarabağ” 0:3

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.

Qeyd edək ki, XXXIV turun açılış oyununda “Zirə” evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə razılaşıb. Turun “Neftçi” – “Şamaxı” matçı mayın 14-də, “Sumqayıt” – “Sabah” qarşılaşması isə mayın 17-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43