Misli Premyer Liqasında 18-ci turun oyunları davam edir.
İdmanxeber.az-ın xəbər verir ki, bu gün daha 2 matç keçirilib. “Qəbələ” evdə “Turan Tovuz”la qarşılaşıb. Görüşdə hesab açılmayıb – 0:0.
Günün ikici oyununda “Qarabağ” səfərdə “Səbail”lə üz-üzə gəlib. Matç Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə sona çatıb – 3:0.
Qeyd edək ki, tura sabah keçiriləcək “Zirə” – “Kəpəz” görüşü ilə yekun vurulacaq.
24 dekabr (şənbə)
15:00. “Qəbələ” – “Turan Tovuz” 0:0
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Qəbələ şəhər stadionu.
17:30. “Səbail” – “Qarabağ” 0:3
Qol: Ramil Şeydayev, 61, Musa Qurbanlı, 82, Abdullah Zubir, 88
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
“ASCO Arena”.
25 dekabr (bazar)
15:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu.