Kateqoriyasız

“Qəbələ” Türkiyə klubuna qarşı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, əyalət klubu sonuncu sınaq matçında “Boluspor”la qarşılaşacaq. Yerli komanda ilə görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ” toplanış çərçivəsində buna qədər Ukrayna təmsilçiləri “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib,  “Vorskla”ya 1:3 uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43