Kateqoriyasız

“Qəbələ” və “Neftçi”nin oyununa necə baxaq?

Avropa Liqasının ikinci təsnifat mərhələsində bu gün meydana çıxacaq “Qəbələ” və “Neftçi”nin ilk oyunları canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, hər iki görüş “CBC Sport” telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, “Qəbələ” – “Dinamo” (Gürcüstan) matçı saat 19:00-da, “Arsenal” (Rusiya) – “Neftçi” qarşılaşması isə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43