Premyer Liqa

“Qəbələ” – “Zirə” matçına doğru: Ev sahibi iki, qonaqlar bir itki ilə…

Premyer Liqanın VII turu çərçivəsində “Zirə” səfərdə “Qəbələ”nin qonağı olacaq.

“Zirə”nin mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, Qəbələ səfəri öncəsi heyətdə yalnız bir itki var. Braziliyalı Filipe Paxtman zədəli olduğu üçün səfər matçını buraxmalı olacaq. 21 yaşlı “sambaçı” üçün mövsümün erkən bitdiyini də demək olar.

“Qəbələ”nin mətbuat xidmətindən isə saytımıza verilən məlumata görə, “Zirə” ilə oyunda iki zədəli futbolçu – Yaovi Akakpo və Rüfət Əhmədov çıxış etməyəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 16-da saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43