16 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”də ayrılıq – Klub rəsmisi təsdiqlədi

Hazırlıqlarını Qəbələdə davam etdirən “Qəbələ” klubu legioneri ilə yollarını ayırıb. Komandanın iordaniyalı yarımmüdafiəçisi Omar Hani klubu tərk edəcək. 

25 yaşlı futbolçunun əyalət təmsilçisi ilə yaya qədər müqaviləsi olsa da, onun çıxışı məşqçilər heyətini razı salmayıb. Bu səbəbdən də futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriləcək.

Xəbəri “Qəbələ” klubunun baş meneceri Nail Kərimov da İdmanbxeber.az saytına təsdiq edib.  

Xatırladaq ki, Omar Hani 2021-ci ildə APOEL-dən (Nikosiya) ayrıldıqdan sonra “qırmızı-qaralar”a keçib. Bu mövsüm yarımmüdafiəçi 17 oyunda çıxış edib və 2 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43