Kateqoriyasız

“Qəbələ”də bərpa məşqi

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub. Şimal klubu günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib.

Yanvarın 20-də Rusiyanın “Yenisey” klubu ilə yoxlama oyunu (2:2) keçirən “qırmızı-qaralar” bu gün bərpaedici məşqlə kifayətləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43