19 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”də ciddi itki

Azərbaycan kubokunun 1/4 finalının ilk oyununda bu gün “Araz-Naxçıvan”la qarşılaşacaq “Qəbələ”  oyuna itki ilə çıxacaq.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mozambik millisinin heyətində qatıldığı Afrika Millətlər Kubokunda yüngül zədə alan Klesio Bauk bugünkü oyunda iştirak etməyəcək. Hücumçu fərdi məşq edir.

 

Qeyd edək ki, “Daığa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” görüşü saat 16:00-da başlayacaq. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43