Ölkə futbolu

Qəbələdə iki baş məşqçinin taleyi həll olunacaq

Topaz Premyer Liqasının növbəti turunda oynacaq “Qəbələ” – “Keşlə” matçı hər iki baş məşqçinin də taleyini həll edə bilər. Belə ki, çempionatda qələbə üzünə həsrət qalan paytaxt təmsilçisində baş məşqçi Mladen Mlinkoviçin göndərilməsi an məsələsidir. Aldığımız məlumata görə, klub rəhbərliyi son turda “Sumqayıt” məğlubiyyətindən sonra Milinkoviçlə yolları ayırmaq istəsə də, ona bir şans daha vermək qərarına gəlib.

Qəbələ təmsilçisində də vəziyyət çox ürək açan deyil. Çempionata gözləntilərin çox uzağında qalan əyalət klubu “cərimə”ni baş məşqçiyə kəsəcəyi gözlənilir. Son turda “Qarabağ”ın ikinci heyətinə darmadağın olan komanda, bu işin Sənan Qurbanovla getməyəcəyini göstərdi. Matçdan sonra istefa etməyəcəyini söyləyən baş məşqçi haqqında veriləcək hər qərara da hörmətlə yanaşacağını bildirib. Hər nə qədər klub rəhbərliyi S. Qurbanovla yolları ayırmaq fikirlərinin olmadığını desə də, “Keşlə” oyununun son şans olduğu böyük ehtimaldır. Hər halda bazar günü Qəbələ Şəhər Stadionunda hansı məşqçinin işsiz qalacağını bir yerdə görəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43