20 Sentyabr 2024
İdman

Qəbələdə keçirilən beynəlxalq turnirə yekun vurulur

Basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə bu gün yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, sonuncu oyun günündə 1/4 final, yarımfinal və final görüşləri keçiriləcək.

1/4 finalda Azərbaycan millisi A qrupunda İspaniyanın “Barselona Panters” klubu ilə üz-üzə gələcək. Bu raundun digər qarşılaşmasında Polşanın “Varşava Lotto” kollektivi İtaliya seçməsini sınağa çəkəcək.

Bu cütlərin qalibləri yarımfinalda müvafiq olaraq, Portuqaliya və Polşa yığmalarına rəqib olacaqlar.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Baku Fleyms” qrupda keçiridiyi hər üç oyunda məğlub olaraq mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43