16 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”də yeni təyinat

“Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.

İdmanxeber.az-ın məlumatına görə, Rakif Əliyev “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

O, Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Əliyev məşqçi-analitik kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, əvvəllər “Qəbələ”nin akademiyasında da fəaliyyət göstərmiş mütəxəssisin son iş yeri baş məşqçi kimi çalışdığı “Qarabağ”ın U-15 komandası olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43