09 Noyabr 2024
Ölkə futbolu

“Qəbələ”dən ayrılan oyunçu Kipr klubunda

Qış fasiləsində “Qəbələ”dən ayrılan Omar Hani karyerasını yenidən Kiprdə davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, iordaniyalı futbolçu “Doksa” komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

Katokopya təmsilçisində 99 nömrəli formanı geyinəcək 25 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, ötən mövsüm “Qəbələ”nin heyətində Azərbaycan Kubokunun qalibi olan Omar Hani daha əvvəl Kiprdə APOEL və Nikosiya “Olimpiakos”unun şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43