Kateqoriyasız

“Qəbələ”dən yeni əməkdaşlıq

“Qəbələ” klubu yeni əməkdaşlıq müqaviləsi imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, əyalət təmsilçisi “West Hospital” klinikası ilə əməkdaşlığa başlayıb. Tərəflər arasında razılaşma 1,5 illik nəzərdə tutulub.

“West Hospital”ın loqosu “Qəbələ”nin əsas komandasının formasının qolunda, klubun stadionunda və mətbuat konfransı zalında yer alacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43