Ölkə futbolu

“Qəbələ”mövsümün ilk oyununun hazırlıqlarına başladı

“Qəbələ” Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk turunun hazırlığına start verib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” “Səbail”lə avqustun 12-də keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır.

Avqustun 4-də keçirilən “Keşlə” ilə yoxlama oyunundan (2:0) sonra birgünlük istirahətə buraxılan komanda bir araya gəlib.

“Qəbələ” bu gün “Bakı”nın təlim-məşq bazasında hazırlıq keçib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular toplu çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, avqustun 12-də keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 19:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43