Kateqoriyasız

“Qəbələ”nin 15-ci startı

Avqustun 21-də Azərbaycan Premyer Liqasında 2020-2021-ci illər mövsümü başlayacaq.

29-cu ölkə çempionatı “Qəbələ” üçün yubileylə əlamətdar olacaq. Yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 15-ci dəfə güclülərin mübarizəsinə qatılacaq.

 

Komanda indiyədək 14 dəfə Premyer Liqada (əvvəlki güclülər dəstəsi) qüvvəsini sınayıb. “Qəbələ” bu çempionatlarda 5 dəfə mükafatçılar sırasına düşüb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

 

Arxada qalan 14 mövsümdə komanda 412 matça çıxıb. Bu görüşlərdə 166 qələbə qazanan “Qəbələ” 107 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 139 dəfə məğlubiyyətlə üzləşib. 505 qol vuran bölgə təmsilçisi 444 top buraxıb.

 

2006/07 24 4 4 16 17-47 20 XI yer
2007/08 26 11 3 12 33-36 36 VI yer
2008/09 26 9 6 11 28-21 33 X yer
2009/10 32 13 10 9 36-36 49 VI yer
2010/11 32 13 12 7 31-18 51 VII yer
2011/12 32 15 7 10 43-32 52 V yer
2012/13 32 10 8 14 32-40 38 VI yer
2013/14 36 18 7 11 48-36 61 III yer
2014/15 32 15 9 8 46-35 54 III yer
2015/16 36 16 11 9 44-28 59 III yer
2016/17 28 14 10 4 46-21 52 II yer
2017/18 28 14 7 7 43-26 49 II yer
2018/19 28 9 9 10 31-33 36 IV yer
2019/20 20 5 4 11 25-35 19 VIII yer
Cəmi 412 166 107 139 505-444 605

 

Komanda evdə və səfərdə eyni sayda – 206 oyun keçirib. Öz meydanında 94 qələbəsi olan “qırmızı-qaralar” 54 dəfə heç-heçə edib. 58 dəfə uduzan “Qəbələ” qonaqların qapısından 269 top keçirib və 186-nı buraxıb. Səfərdə 72 dəfə üç xal əldə edən kollektiv rəqib meydanlarında 53 sülhə imza atıb. 81 dəfə səfərdən xalsız dönən “Qəbələ” 236 qol vurub, 258-ni buraxıb.

 

Bu 14 mövsümdə “Qəbələ”nin formasını 232 futbolçu geyinib. Onlardan altısı 100 matç səddini arxada qoyub: Urfan Abbasov – 177, Dodo – 131, Dmitri Bezotosnı – 117, Viktor Mendi – 112, Elvin Camalov – 111, Asif Məmmədov – 105.

 

“Qəbələ”nin qolların 106 futbolçu vurub. 13 dəfə isə rəqib oyunçular avtoqol müəllifi olub. Komandanın Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. İlk “beşlik”də hərəyə 16 dəfə fərqlənən Yannik Kamanan və Filip Ozobiç də yer alıb.

 

“Qırmızı-qaralar”a Premyer Liqadakı 14 mövsümdə 10 baş məşqçi rəhbərlik edib. Ramiz Məmmədov 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub.

 

“Qəbələ” 14 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb.

 

“Qəbələ” 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 3 dəfə ilk matçını uduzub:

 

05.08.2006. Gilan (Qəbələ) – İnter (Bakı) – 0:0

11.08.2007. Standard (Bakı) – Qəbələ – 0:1

09.08.2008. Qəbələ – Muğan (Salyan) – 4:1

16.08.2009. Qəbələ – Simurq (Zaqatala) – 2:1

07.08.2010. Xəzər Lənkəran – Qəbələ – 1:0

07.08.2011. Qəbələ – Bakı – 0:0

04.08.2012. Simurq (Zaqatala) – Qəbələ – 1:1

02.08.2013. Bakı – Qəbələ – 1:2

10.08.2014. İnter (Bakı) – Qəbələ – 4:0

10.08.2015. Qəbələ – Qarabağ (Ağdam) – 2:2

08.08.2016. Qəbələ – Kəpəz (Gəncə) – 2:0

12.08.2017. İnter (Bakı) – Qəbələ – 1:2

12.08.2018. Qəbələ – Səbail (Bakı) – 3:0

17.08.2019. Qəbələ – Sumqayıt – 0:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43