Kateqoriyasız

“Qəbələ”nin 7 oyunçusu milliyə çağırıldı

“Qəbələ”nin 7 futbolçusu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Azər Məmmədhəsənzadə, Emil Süleymanov, İbrahim Ramazanov, İxtiyar Məmiyev, Nuğay Rəşidov, Sahil Həsənov, Sərxan Mirzəzadə milli komandanın təlim-məşq toplanışına qatılacaqlar.

Qeyd edək ki, yığma aprelin 7-dən Bakıda 13-dək hazırlıq keçəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43