Ölkə futbolu

“Qəbələ”nin Antalyada son oyununun vaxtı açıqlandı

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” sabah 3-cü yoxlama oyununa çıxacaq. 

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Sənan Qurbanovun komandası toplanış çərçivəsində son sınaq matçını MTK-ya qarşı keçirəcək. Macarıstan təmsilçisi ilə görüş  Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ” Antalya toplanışı çərçivəsində buna qədər Almaniya “Mappen”inə uduzub (1:2), Rusiya “Yenisey”i ilə heç-heçə edib (2:2).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43