16 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”nin baş meneceri klubdan ayrıldı

“Qəbələ” İdman Klubu baş meneceri Nail Kərimovla vidalaşıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidmətindən məlumat verilib. Kərimovun öz istəyi ilə vəzifəsindən ayrıldığı bildirilib.

2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən bölgə təmsilçisində çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43