Ölkə futbolu

“Qəbələ”nin futbolçusu “Seltik”ə keçir ?: “Ola bilsin, kluba belə bir təklif gəlib”

“Seltik”in məni istəmisi ilə bağlı rəsmi bir şey yoxdur. Ola bilsin, kluba bununla bağlı bir təklif gəlib. Ancaq mənim bundan xəbərim yoxdur”.

Bu sözləri “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə İdmanxeber.az-a verdiyi qısa açıqlamasında deyib. U-21 millimizin üzvü əgər belə bir təklif gəlsə karyerasını Avropada davam etdirə biləcəyini bildirib:

“Əgər belə bir təklif olsa, təbii ki, getmək istəyərəm. Hər bir futbolçunun hədəfi Avropada oynamaqdır. Böyümək, inkişaf etmək üçün bu, çox vacibdir. O cümlədən mən də belə bir fürsət düşsə, bunu dəyərləndirəcəm”.

Qeyd edək ki, bir neçə gündür “Seltik”in Bəhlul Mustafazdə ilə maraqlandığı hətta futbolçunun mövsüm sonunda Şotlandiya təmsilçisinin düşərgəsinə baxışa yollanacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43