Kateqoriyasız

“Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Toplantıda Azərbaycan Premyer Liqasının XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sumqayıt” – “Qəbələ” matçının 65-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Futbolçuya verilmiş 4 oyun cəzanın 2-si şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Oyunun 86-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43