Kateqoriyasız

“Qəbələ”nin legioneri nikbindi: “Şanslar bərabərdi”

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” növbəti mövsümə hazırlığını Boluda davam etdirir. Bölgə təmsilçisinin gürcüstanlı yarımmüdafiəçisi Davit Volkov qonşu ölkədə keçirilən təlim-məşq toplanışı barədə fikirlərini klub saytına açıqlayıb:
“Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Komandanın düşərgəsində zədəli futbolçunun olmaması sevindirici haldı. Yalnız mənim belə problemim var idi. Artıq bu çətinliyi arxada qoyaraq komanda ilə məşqlərə başlamışam. Yüksək səviyyədə keçdiyimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu baş tutub. Bu tip matçlar üçün hər şey normal olub. Hazırlığı bu tempdə davam etdirməliyik”.
Volkov komandanın yenidən formalaşmasına da münasibət bildirib: “Heyət yenidən formalaşır. Komandamızda yeni oyunçular çoxdu. Gənc futbolçular çox çalışmalı, oynamalıdılar. Onlar məşqçilərin tapşırıqlarını dəqiq yerinə yetirməlidilər. Hesab edirəm ki, bunu etsələr, hər şey yaxşı olacaq”.
Gürcüstanlı futbolçu “Qəbələ”nin UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki şanslarına da toxunub. İlk oyunda “Enqordani”ni (Andorra) 6:0 hesabı ilə məğlub edən Gürcüstan “Dinamo”sunu (Tbilisi) rəqib kimi görən yarımmüdafiəçi bu komandanı da dəyərləndirib: “Böyük ehtimalla “Dinamo” ilə qarşılaşacağıq. Bu komanda son oyunlarda ardıcıl uğurlu nəticələr qazanıb. Tbilisi təmsilçisi çox yaxşı oyun nümayiş etdirir, güc futbolu sərgiləyir. Bu rəqiblə bərabər mübarizə aparacağıq. Şansları əllinin əlliyə qiymətləndirirəm. Matça kim daha yaxşı hazırlaşıb, qarşılaşmada üstün olsa, qalib gələcək. Komandamızda yaxşı əhval-ruhiyyə var. “Dinamo” güclüdü və onu məğlub edə bilmərik kimi düşüncəmiz yoxdu”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43