Ölkə futbolu

“Qəbələ”nin məşqçisi AFFA ilə razılaşmadı: “Elə bir şey olmayıb”

Dünən AFFA İntizam Komitəsi “Qəbələ”nin əvəzedici komandasının qapıçılar üzrə məşqçisi Elçin Rzazadəni 5 oyunluq cəzalandırıb. Buna səbəb kimi məşqçinin rəsmi şəxlərə qarşı qeyri-etik ifadələr işlətməsi olduğu iddia edilib.

I Divizionun 29-cu turu çərçivəsində “Zaqatala”ya qarşı görüşdə (2:2) yaşanan insidentin ardından sərt cəzalandırılan Rzazadə 5 oyun kənarda qalacaq. Sözügedən matçda nələr baş verdiyini öyrənmək üçün “Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Famil Xəlilovla əlaqə saxladıq.

O, məsələ ilə bağlı idmanxeber.az saytına bunları dedi:

“Cəzadan xəbərimiz var. Məncə, çox ağır qərardır. Hazırda hər iki komanda da 3-cülük uğrunda mübarizə aparır. Əvəllcədən hakimlər də, oynçular da, məşqçilər də görüşün gərgin keçəcəyini bilirdi. Elə oyunun gedişatı da bunu təsdiq etdi.

Hər iki komanda da çox istəkli olduğu üçün oyunboyu hakim qərarlarına eitrazlarını bildirirdi. Hakimlər üçün də belə matçlar asan deyil. Gərgin, bol hücumlu görüşlərdə bəzi məqamlar gözdən qaça bilir.

Bizə qarşı hər hansı bir qərəzin olduğunu düşünmürəm. Ancaq iddia edildiyi kimi qeyri-etik ifadələr olmayıb. Sadəcə, məşqçimiz hakimə etiraz edib və qırımızı vərəqə görüb”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43