Ölkə futbolu

“Qəbələ”nin məşqçisinə 5 oyun cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı da qərarlar qəbul edilib:

U-15 Liqasının “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ”nin bir qrup azarkeşi meydana daxil olaraq qarşılaşmanın 74-cü dəqiqəsində rəqib komandanın oyunçularını təhqir etmələri və onlara fiziki təzyiq göstərməyə cəhd etdiklərinə görə “Qəbələ” komandasına xəbərdarlıq edilib. “Qəbələ” növbəti ev oyunu azarkeşsiz keçirəcək. “Qəbələ”nin futbolçusu Əli Nəcəfov hakimləri və rəqib komandanın oyunçularını təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb.

 “Qəbələ”nin baş məşqçisi Şəhruz Mustafayev qarşılaşmanın 72-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43