Ölkə futbolu

“Qəbələ”nin müdafiəçisi ağır zədə alıb – uzun müddət oynamayacaq

Premyer Liqanın sonuncu turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qəbələ” görüşündə (1:0) zədələnən Murad Musayevin son durumu bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun zədəsi ciddidir. Onun axil vətərinin yırtıldığı bildirilir. 

“Qırmızı-qaralar”ın müdafiəçisi təxminən 6-8 ay yaşıl meydanlardan kənar qalacaq. 

Xatırladaq ki, bənzər zədə daha öncə “Qəbələ”nin kapitanı Asif Məmmədovun da başına gəlmişdi. Təcrübəli futbolçu Türkiyədə əməliyyat olunduqdan sonra sağlamlığına qovuşub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43