Kateqoriyasız

“Qəbələ”nin növbəti rəqibi bilindi

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olacaq “Qəbələ”nin daha bir rəqibi məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, iyulun 4-dən 18-dək qardaş ölkədə məşq keçəcək “qırmızı-qaralar” ikinci sınağında Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq. Görüş iyulun 11-də keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” Türkiyədəki ilk yoxlama oyununu da Ukrayna təmsilçisinə qarşı keçirəcək. İyulun 7-dəki rəqib “Mariopul”dur. Sonuncu – iyulun 17-dəki rəqibin adına isə yaxın günlərdə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43