Dünya futbolu

“Qəbələ”nin oyunçusu oynadı, komandası uduzdu

UEFA Millətlər Liqasında II turun növbəti oyunları keçirilib

 İdmanxeber.az-ın məluamtına görə, “Qəbələ”nin futbolçusu Sabien Lilayın şərəfini qoruduğu Albaniya millisi də növbəti oyununa çıxıb. C liqasının 1-ci qrupunda yer alan albaniyalılar Şotlandiyanın qonağı olub. Qlazqonun “Hampden Park” stadionunda keçirilən matça start heyətində çıxan Lilay 90 dəqiqə meydanda olub. Lakin onun komandası səfərdən xalsız dönüb. İkinci hissədə vurulan 2 cavabsız qol britaniyalılara qələbə qazandırıb.

Xatırladaq ki, bu oyun Sabienin millidə 17-ci matçı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43