Ölkə futbolu

“Qəbələ”nin oyunçusundan azarkeşə: “Heyvan sənin nəslindi”

Qəbələdə azarkeşlə oyunçu arasında söz davası olub.

Hazırda davam edən “Qəbələ” – “Keşlə” matçında ev sahibi komandanın kapitanı Cavid Hüseynovla yerli azarkeş  arasında insident baş verib. İdmanxeber.az-ın Qəbələyə ezam olmuş əməkdaşının verdiyi məlumata görə, tamaşaçılardan biri “Qəbələ”nin kapitanının oyununu bəyənmərək ona “Cavid, yaxşı oyna, heyvan” deyərək təpki göstərib. Qarşılığında isə Hüseynov ona dönərək “Heyvan sənin nəslindir” cavabını verib.

Qeyd edək ki, ilk hissəsi sona çatan görüşdə “Keşlə” 1:0 öndədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43