Ölkə futbolu

“Qəbələ”nin oyununda 4 qol

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ”  qardaş ölkədə növbəti yoxlama oyununu keçirir.

“Qırmızı-qaralar” ikinci sınağında Rusiyanın “Yenisey” klubu ilə qarşılaşır.

Xatırladaq ki, “Qəbələ” bundan əvvəl Antalyada Almaniyanın “Meppen” klubu ilə görüşüb. Qarşılaşma “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Yoxlama oyunu

20 yanvar

18:00. “Qəbələ” – “Yenisey” – 2:2
Qol:
 Rauf Əliyev, 53, Sabien Lilay, 72


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43