Dünya futbolu

“Qəbələ”nin potensial rəqiblərinin oyununda qonaqlar sevindi

Avropa Liqasında 2019-20 mövsümünə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, tən gün baş tutan matçlarda “Qəbələ”nin potensial rəqibləri də meydana çıxıb. “La Fiorita” (San-Marino) ilə “Enqordani” (Andorra) arasında keçirilən matçda ikincilər 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, sözügedən cütün qalibi 1-ci təsnifat mərhələsində Tbilisi “Dinamos”u ilə qarşılaşacaq. Mübarizdən qalib ayrılan tərəf 2-ci mərhələdə “Qəbələ”yə rəqib olacaq.

27 iyun

Avropa Liqası

İlkin mərhələ

“La Fiorita” (San-Marino) – “Enqordani” (Andorra) – 0:1

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43