Kateqoriyasız

“Səbail” və “Qarabağ”dan qələbə – Yenilənib

Bu gün Topaz Premyer Liqada XVII tura yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Səbail” “Sabah”ı məğlub edib – 1:0.

Tura mərkəzi görüşlə yekun vurulub.  “Qarabağ” “Tofiq Bəhramov”da “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

Topaz Premyer Liqa, 17-ci tur

17 fevral (bazar)

15:00. “Səbail” – “Sabah”

Qol: A. Ramazanov, 64
Hakimlər:
 Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu
“Bayıl Arena”

17:30. “Qarabağ” – “Qəbələ”

Qol: Riçard Almeyda, 4-pen. (1:0), Cavid Hüseynov, 29-pen. (1:1), Filip Ozobiç, 30 (2:1)
Hakimlər:
 Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43