08 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”nin yarımmüdafiəçisi sıradan çıxıb

“Qəbələ”nin oyunçusu Ahmed Ayzaya sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı nigeriyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb. Müayinələrdən sonra onun sağ dizinin iç bağlarının xəsarət aldığı müəyyənləşib. Bərpa prosesinə başlayan Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.

Ayzaya klubun saytına açıqlamasında meydana qayıtmağa çalışdığını bildirib:

“Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43