Kateqoriyasız

“Qəbələ”nin yeni sponsoru bilindi

Ötən ilin sonu “Jalə” brendi ilə sponsorluq anlaşmasına imza atan “Qəbələ” İdman Klubu ölkəmizin daha bir tanınmış markası ilə əməkdaşlığa start verir.

Bu haqda klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

“Süd məhsulları istehsalında lider marka olan “Milla” brendi artıq komandamızın titul sponsorudur. “Qəbələ” İdman Klubu ilə “Milla” arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir. Razılaşmaya əsasən əsas komandamızın oyun formalarının ön hissəsində “Milla” brendinin logosu əks olunacaq.

2011-ci ildən fəaliyyət göstərən “Milla” brendi böyük təcrübəyə malik kollektiv, keyfiyyətli xammal, ən son emal qablaşdırma texnologiyaları və dünya səviyyəli keyfiyyətə nəzarət sistemlərinin tətbiqi ilə istehlakçılarına təbii süddən hazırlanmış məhsulları təklif edir. 2020-ci ildə “Milla” markası bir çox yeniliklər ilə müştərilərini sevindirməyə davam edəcək” – deyə məlunmatda bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43