Kateqoriyasız

“Qərar vermək çətin olmadı” – Beqoviç

“Qarabağ”ın yeni transferi Asmir Beqoviç “Neftçi” ilə oyundan sonra İdmanxeber.az-a müsahibə verib.

-Oyun haqda nə deyərdiz?

Böyük gecə idi. Komanda üçün vacib oyun idi. “Neftçi”nin böyük ənənəyə sahib komanda olduğunu bilirdim. Qələbə qazanmağımız əla oldu.

– Necə oldu “Qarabağ”a gəldiniz?

Son illər “Qarabağ” haqda müsbət şeylər eşitmişdim. Ona görə də, qərar vermək mənim üçün çətin olmadl. Buradakı insanlar, komanda yoldaşlarımın səmimiliyi məni sevindirdi. Yanvara kimi burdayam. Mümkün qədər komandaya kömək etmək istəyirəm.

– “Qarabağ” qrupdan çıxa bilməsə dərhal Azərbaycanı tərk edəcəksizmi?

Çətindi mənim üçün bunu demək. Gələcək haqda danışmaq istəmirəm.

– Komandanın qrupdakı şanslarını necə dəyərləndirirsiz?

Yaxşı komandamız var. Rəqiblərimiz də güclüdü. Ümid edirəm ki, qrupdan çıxa biləcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43