Kateqoriyasız

Qərb derbisi: “Kəpəz” “Turan Tovuz”la qarşılaşacaq

1-ci divizionda yeni mövsümün hazırlıqlarını Gəncədə davam etdirən “Kəpəz” təlim-məşq toplanışı dövründə yoxlama oyunları da keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-göylər”in ilk rəqibi aşağı dəstənin digər təmsilçisi “Turan Tovuz” olacaq.

Qərb komandalarının oyunu sentyabrın 19-na təyin olunub. Nizami yurdunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43