18 Oktyabr 2024
Ölkə futbolu

Qərb derbisinə doğru: “Turan Tovuz”da son durum

Azərbaycan Premyer Liqası 19-cu turunda “Turan Tovuz” səfərdə “Kəpəz”lə üz-üzə gələcək.

İdmanxeber.az-a verilən məlumata görə, Qərb derbisi öncəsi Tovuz klubunda Emmanuel Hakman zədə səbəbindən görüşdə forma geyinə bilməyəcək. “Turan Tovuz”un yeni transferi Alkes De Souzanın da bu matçda oynayacağı gözlənilmir. 

Xatırladaq ki, “Kəpəz” – “Turan Tovuz” oyunu bu gün saat 17:30-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43